“PROFESSİONAL SOLUTİONS” MMC AZƏRBAYCANDA İLK DƏFƏ RESTORANDA QULLUQ ETMƏ STANDARTLARI İLƏ BAĞLI TRE

 Iyulun14-15-də “Professional Solutions” MMC və Moskvanın “1 №-li Qonaqpərvərlik Məktəbi” tərəfindən restoran biznesi sahəsində fəaliyyət göstərən menecerlər və inzibatçılar üçün treninqlər təşkil edilmişdir.

“Professional Solutions” MMC-nin direktoru Fərhad Hacınski qeyd etmişdir ki, Azərbaycanda ilk dəfə keçirilən bu treninqlərin əsas məqsədi restoranların sabit və uzunmüddətli fəaliyyətinin təmin olunması, müştərilərin cəlb edilməsi, xidmət sahəsi üzrə şəbəkənin yaradılması və bütün obyektlər üzrə vahid xidmət standartlarının tətbiqi üsulları və digər mühüm məsələlərin həlli yollarını tapmaqda treninq iştirakçılarına kömək göstərməkdir.

Gələcək layihələr haqqında məlumat verən F.Hacınskı bu treninq və seminarların Azərbaycan iqtisadiyyatının inkişafı fonunda ölkəmizdə fəaliyyət göstərən restoran və mehmanxanaların işçi heyətinin maarifləndirilməsinə və bununla da vətənimizə axın edən sahibkarlar, turistlər və müxtəlif ixtisaslar üzrə mütəxəssislərin marağının və sayının daha da artmasına səbəb olacağına inandığını bildirmişdir.

Treninqlərdə Azərbaycanın bir çox qabaqcıl kafe və restoranların nümayəndələri iştirak edirdilər.

loader